Azərbaycan startapları Almaniyada ölkəmizi təmsil ediblər

  • 13 Dekabr 2019

Berlində keçirilən "Techcrunch Disrupt Berlin 2019" tədbirində “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ilk dəfə Azərbaycan pavilyonu açılıb.

Chip.az bildirir ki, pavilyonda Azərbaycandan olan 6 startap öz məhsulunu sərgiləyib, onlardan 3-ü “Innoland”ın "Nextsale", "Botbox", "Qreact” adlı rezidentləridir.

Xatırladaq ki, "Techcrunch Disrupt" ən yaxşı startapları, investorları, hakerləri və texnologiya pərəstişkarlarını bir araya gətirir. Tədbir çərçivəsində “Startup Battlefield”, 24 saatlıq açıq hackathonlar, “Startup Alley”, “Hardware Alley”, müxtəlif panel müzakirələri, seminarlar, workshoplar təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər