Naxçıvan Universitetində Huawei-nin mütəxəssisi seminar-treninq keçirib

  • 13 Dekabr 2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Universitetində növbəti seminar-treninq keçirilib.

Chip.az bildirir ki, “Huawei” şirkəti tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim” mövzusunda keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.

“Huawei-Azərbaycan” MMC-nin müşahidə və üztanıma kamerları üzrə mutexessisi Əliəkbər Mirzəquliyev tərəfindən “Telekommunikasiya sistemləri və yeni nəsil Core avadanlıqları” haqqında iştirakçılara geniş mühazirə oxuyub.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır