İranda poçt bağlamalarının çatdırılmasında PUA-lardan istifadə olunacaq

  • 13 Dekabr 2019

İranda uzaq və dağlıq ərazilərə poçt bağlamalarının çatdırılması pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçiriləcək.

Chip.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bildirib.

O deyib ki, dərman vasitələrinin xəstəxanalara sürətli çatdırılmasında da PUA-ların xidmətlərindən istifadə olunacaq.

Nazir qeyd edib ki, dünyanın çox az ölkəsində bu təcrübədən istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır