Rusiya İskəndər taktiki raket kompleksini sınaqdan keçirib

  • 13 Dekabr 2019

Rusiya hərbi qüvvələri Astarxan vilayətinin cənubundakı “Kapustin Yar” təlim poliqonunda “İskəndər” taktiki raket kompleksindən atışlar həyata keçirib.

Chip.az ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Qərbi Hərbi Dairənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, raket zərbəsi təxminən 60 kilometr məsafədə yerləşdirilmiş hədəfə uğurla endirilib.

Qeyd edək ki, “İskəndər-M” taktiki raket kompleksi 500 km-ə qədər məsafədəki həfələrə zərbələr endirmək üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır