Keçmiş İrlandiya hərbi gəmisi Xəlifə Həftər qüvvələrinə satılıb

  • 13 Dekabr 2019

Chip.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının hazırladığı bir hesabatda qeyd olunub.

Məlumata görə, gəmi Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən bir şirkət tərəfindən satılıb.

Qeyd olunur ki, gəmi əvvəlcə Holland şirkətinə 100.000 avrodan çox və daha sonra sonra Birləşmiş Ərəb Əmirliklərindəki bir şirkətə 470.000 avrodan çox qiymətə satılıb.

Hazırda gəmi “Al Karama” adı ilə Xəlifə Həftər qüvvələinin komandanlığı altındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır