Rusiyanın yeganə aviasiya daşıyan kreyserində ba. verən yanğın söndürülüb - YENİLƏNİB

  • 13 Dekabr 2019

Rusiyaya məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyserdə baş verən yanğın səhər saatlarında söndürülüb.

Chip.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Raxmanov məlumat verib.

Qeyd olunub ki, yanğının səbəblərini müəyyən etmək üçün komissiya işə başlayıb.

 

Qeyd edək ki, yanğında xəsarət alanların sayı 12-yə çatıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə nəticəsində isə 3 nəfər itkin düşüb.

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Kuznetsov” aviasiya daşıyan kreyseri Murmanskda təmirə dayanıb.

Belə ki, “Admiral Kuznetsov” Rusiyanın yeganə aviasiya daşıyan kreyseridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır