Sosial şəbəkə istifadəçiləri internetdə ən utancverici sorğularını paylaşıblar

  • 13 Dekabr 2019

“Reddit” istifadəçiləri internetdə axtarışlar barədə müzakirə aparıblar. Gün ərzində paylaşım 14 mindən artıq şərh və 46 mindən artıq “bəyənmə” alıb. Müəllif vurğulayıb ki, əxlaqsızlıqla əlaqəsi olmayan sorğuları nəzərdə tutur.

“Sautros” niki ilə olan şərhçi həyatının ən utancverici sorğusunun “quşlar məməlidirmi?” sualı olduğunu deyib. Onun sözlərinə görə, ən pisi də odur ki, o, zooloqluğu oxuyur.

“Trolldoll420” valideynlərinin axtarış sorğuları içərisində “Castin Biber kimdir?” sualını tapdığını etiraf edib.

“Smiedro” özünün axtarış tarixçəsində çoxlu təsadüfi şeylər olduğunu bildirib:

“Sümüklərin çəkisi nə qədərdir?”, “Ay səthinin sahəsi nə qədərdir?”, “İnsanda nə qədər qan var?”, “Təkcə limonad və araxislə yaşamaq mümkündürmü?” və sair.

“Thechido370” özünün ən utancverici sorğusu kimi, “Obama soyadı” olduğunu deyib.

“l_am_very_sMaRt” bildirib ki, qalstuku bağlamaq üçün hələ də axtarış bölməsindən yararlanır.

“MagiPan” rəssamlığı öyrəndiyi üçün son zamanlar uşaq təsvirləri ilə bağlı sorğu göndərdiyini bildirib: “Uşaq gülümsəyir”, “uşaq qəzəblidir”, “hirsli uşaq”, “təəccüblü uşaq”, “sevimli uşaq”, “sevimli uşaq gülümsəyir”, “eybəcər uşaq”, “şlyapalı uşaq”, “səbətdə uşaq”, “uşaq gözləri”, “evsiz uşaqlar”.

Onun sözlərinə görə, axtarışları barədə yanlış anlaşılmadan və izahlardan çəkinmək üçün son zamanlar telefonunu heç kimə vermir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır