e-imzanın şəxsiyyət vəsiqələrinə tətbiqi üzrə hazırlıq işləri tamamlanıb

  • 13 Dekabr 2019

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza (e-imza) sertifikatlarının inteqrasiyası üzrə aparılan hazırlıq işləri başa çatdırılıb.

Chip.az APA-ya istinadən bildirir ki, bunun üçün nəzərdə tutulan proqram təminatı hazırlanıb.

 

"Layihədə iştirakçı qismində çıxış edən müvafiq dövlət qurumları tərəfindən qərar verildikdən sonra inteqrasiya işlərinə başlanılacaq", - deyə şirkətdən bildirilib.

 

Hazırda şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların MSXM-də qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir. Yeni qurulacaq Mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır