Rusiyada ilk kriptobutik - КриптоЮниверс

  • 13 Dekabr 2019

Sankt-Peterburqda «КриптоЮниверс» adlı ilk kriptobutik açılıb. Butikdə bitcoin və litecoin mayninqi üçün BitMain şirkətinə məxsus avadanlıqlar və məhsullar, həmçinin kriptovalyuta simvolikalı aksesuarları təqdim edilir. Butikin “Gələcək burada yaşayır” adlı şüarı var və iç hissəsi futuristik bir dizaynda hazırlanmışdır.

44    Butikə gələn hər bir şəxs, avadanlıq seçimi ilə əlaqədar pulsuz məsləhət ala, işini yoxlaya, satın ala və ya icarəyə götürə, əvvəlcədən sifariş verə bilər. Mağazada kripto simvollar olan müxtəlif sayda aksesuar (papaqlar, köynəklər, sviterlər, döş nişanları, çantaları) var. Sankt-Peterburq sakinləri mayninq və kriptovalyutanın nə olduğunu dərindən bilmədən belə, butikə gələrək bilikli və bacarıqlı insanlardan zəruri məlumat və məsləhətlər almaq imkanı ələ edirlər. Ziyarətçilər mağazadan onlayn rejimdə tabloya baxaraq mədənçilik presesini izləyə və avadanlıq quraşdırmaq üçün bir otaqın uyğun gəlməli olduğu texniki xüsusiyyətlərlə tanış ola bilərlər. Eyni zamanda, butikdə kripto-həvəskarlar üçün istirahət sahəsi və pulsuz qəhvə var, bura şəhərin müxtəlif yerlərindən mütəxəssislər söhbət və müzakirə etməyə gəlirlər. Şirkəti rəsmi saytı – cu.market

55

22

77

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır