Kanadada dünyanın tam elektrikli ilk təyyarəsi ilə sınaq uçuşu edilib

  • 13 Dekabr 2019

Kanadanın Harbour Air şirkətinə aid DHC-2 Beaver dəniz təyyarəsi sınaq uçuşunu uğurla başa vurub.
Bu təyyarə tam elektriklə uçan ilk ticarət təyyarəsi adını alıb. Təyyarəyə ənənəvi yanacaq motoru əvəzinə magni500 elektrik mühərriyi yerləşdirilib. Hazırda təyyarə üçün sertifikatlaşdırma prosesinə başlanılıb.

Harbour Air, bütün donanmasını 2022-ci ilə qədər elektrik təyyarələrlə əvəzləməyi planlayır.

Günümüzdə aviasiya sənayesi zərərli tullantıları azalmaq məqsədi ilə elektrik mühərriklərinə meyl etsə də, uzun məsafələri əhatə edə biləcək elektrik təyyarələrinin istehsalı bu sektorun ən böyük problemlərindən biri olaraq görülür.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır