Samsung Galaxy S11-in təqdimat tarixi açıqlandı

  • 13 Dekabr 2019

“Samsung” şirkəti ənənəvi olaraq yeni nəsil “Galaxy S” smartfonlarını İspaniyanın Barselona şəhərində keçirilən “Mobile World Congress” (MWC) sərgisi ərəfəsində “Unpacked” tədbirində nümayiş etdirir. Bu ənənə 2020-ci ildə də davam etdiriləcək.

Chip.az  “ICTnews”a istinadən xəbər verir ki, əvvəllər mobil dünyada hazırlanan yeni qurğular barədə dəqiq məlumatların dərc edilməsi ilə məşhurlaşan “Ice universe” adlı blogerin məlumatına görə, “Galaxy S11” seriyalı qabaqcıl smartfonlar fevralın 18-də San-Fransiskoda baş tutacaq tədbirdə nümayiş olunacaq. “MWC 2020” sərgisi isə fevralın 24-27-də keçiriləcək.

Bildirilir ki, “Galaxy S11” seriyalı qurğularla birlikdə yeni nəsil “Galaxy Fold” smartfonu (rəsmi ad fərqli ola bilər) təqdim ediləcək.

Ehtimallara görə, “Samsung” şirkətinin yeni qabaqcıl smartfonlar seriyasına “Galaxy S11e”, “Galaxy S11” və “Galaxy S11 ” modelləri daxil olacaq. 6,3–6,4, 6,7 və 6,9 düym diaqonallı ekranlarla təchiz ediləcək qurğular satış regionundan asılı olaraq “Snapdragon 865” və ya “Exynos 9830” (Exynos 990) prosessorlarına malik olacaq. Arxa tərəfdə çoxmodullu kamera yerləşəcək.

Növbəti nəsil elastik smartfon isə korpusunun konstruksiyasına görə klassik açılıb-yığılan modellərə bənzəyəcək. Şaquli şəkilli uzunluğa malik ekran ortadan qatlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır