2019-cu ildə Google-da ən çox axtarılanlar onlar oldu

  • 13 Dekabr 2019

Dünyaca məşhur axtarış saytı “Google” keçən il axtarışa ən çox hansı məşhurların adlarının yazıldığını açıqlayıb.

Chip.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən siyahıya liderliyi aktyor Cussi Smollett başçılıq edib.

Belə ki, Cussi irqçilik qalmaqalına düşüb. Onun bu savaşa özünün istəyi və ya kiminsə əli ilə qatılması bəlli olmasa da, güclü ittihamlar səbəbi ilə iş məhkəməyə qədər uzanıb.

Xoşbəxtlikdən məhkəmə ona bəraət qazandırıb. Beləcə, Cussi Smollett “Google”da rekord baxış əldə edib.

İkinci yerdə qərarlaşan isə komediyaçı Kevin Hartdır. O da sosial şəbəkə istifadəçiləri tərəfindən “Google”da ən çox axtarışa verilənlər siyahısında yer alıb. Kevin əvvəlcə “LGBT” cəmiyyətinə qarşı təhqirlərə görə dünyaca nüfüzlu “Oskar Akademiya Mükafatı”nı təqdim etməkdən (aparıcı - red.) kənarlaşdırıldı. İlin sonunda isə Hart avtomobilində qəza keçirdiyinə görə belindən ciddi xəsarət alıb.

Üçüncü və dördüncü cərgələrdə yer alan Lori Laflin və Felisiti Huffman rüşvət verdikləri üçün şöhrət qazanıblar, bunun sayəsində övladları nüfuzlu təhsil müəssisələrinə daxil olub. Hər iki ulduz ana cinayət məsuliyyətinə cəlb edilib. Beləcə, onların adı “Google”da ən çox axtarılanlar siyahısına düşüb.

Beşinci yeri dünyanın ən sevilən kino aktyoru Kiano Rivs tutub. O, həmkarlarından fərqli olaraq, əldə etdiyi uğurlar nəticəsində adı “Google”da axtarışa verilən sırasına daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır