Umico nədir və necə işləyir?

  • 13 Dekabr 2019

Gündəlik insanlar alış-verişlərini istər nağd istərsə də qeyri-nəğd şəkildə ödəyirlər. Bir çox hallarda apardığımız bu əməliyyatlara görə isə bizə heç bir bonus verilmirdi. Lakin, son illərdə artıq bununla bağlı bir çox şirkətlər daha “ayıq reklam” siyasəti apararaq müştərilərin cəlbi və təkrar dönüşü üçün bu vasitədən yararlana bilirlər. Əsasən bu böyük şəbəkə və tərəfdaş şirkətlər tərəfindən gerçəkləşir.

Əslində isə bunun müsbət tərəfi də var. Məsələn, onsuz bu alış-verişı edirsiniz. Niyə də az da olsa bundan qazanan olmayasınız!?

Bu dəfə ölkədə “cashback” daha çox populyarlaşan “Umico”dan bəhs edəcəyik.

Umico – (Yumiko kimi səslənir) alış-veriş zamanı hər şey yalnız bir tətbiqdə cəmləşən bonus kartıdır. Hazırkı durumda bu kart qədər mağaza  və xidmətlər üzrə geniş əhatəsi olan bir kart yoxdur. Yəni, artıq çoxlu sayda bonus kartı daşımağa ehtiyac yoxdur. Bunu bir tətbiqlə və bir kartla idarə etmək imkanınız var.

Umico hesabınıza online olaraq: həm veb sayt vasitəsi, həm də mobil tətbiq vasitəsi ilə nəzarət edərək nə qədər bonus qazandığınızı bilirsiniz. Tətbiq olaraq iOS və Android əməliyyatlar sistemində istifadəsi əlçatandır.

Umico-da bonuslar necə yığılır və necə istifadə edilir?

Mağaza və ya digər xidmətdən yararlanarkən, ödəmə əməliyyatı zamanı bonus kartını kassir və ya ödəniş qəbul edən şəxsə təqdim edirsiniz və o da bar kod ilə etdiyiniz əməliyyat həcminə görə həmin yerin keşbek-ini əsas götürərək balansınıza bonusları qazandırır. Məsələn, “Bravo” supermarketlərində 100 manatlıq ödəmə edirsiniz. Burada hazırda keşbek 1% olduğundan balansınıza 1 bonus ötürləcək. Hazırda kartda 1 bonus 1 manatdır. Umico ilə partnyor olan ən sərfəli “cashback” 40% olmaqla “Phantom Quests” və “Kargofly” adlı mağazalarda, ən az isə“Azercell”-dədir – 0,7%-dir. Ətraflı “Umico”nın saytından (umico.az) tam siyahını və “cashback” faizlərini görə bilərsiniz.

Bu bonusların hər birini alış zamanı və ya online ödəmək (mobil nömrənizin balansını artırmaq) zamanı istifadə etmək imkanınız vardır.

Azercell abunəçiləri bu imkandan yararlana bilirlər.

Mobil tətbiqdə hissəsinə daxil olursunuz, daha sonra isə bu ardıcıllıqla: Ödəmələr > Umico bonusları ilə balansı artırmaq > Mobil nömrə və bonusun həcmini daxil edirsiniz.

Umico-da bu sahələr üzrə alış-veriş zamanı bonuslar qazana bilirsiniz:

  • Qida və içkilər
  • Moda və stil
  • Qurğu və texnologiyalar
  • Gözəllik və sağlamlıq
  • Uşaq və analara
  • Ev və məişət
  • İstirahət və əyləncə
  • İş və təhsil
  • Gəzinti və səyahətlər
  • Avto, moto və digər nəqliyyat

    Chip.az Banker.az-a istinadən yayımladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır