Yaponiya Çin istehsalı PUA-ların alınmasını və istismarını dayandıracaq

  • 12 Dekabr 2019

Chip.az ordu.az-a istinadən xəbər verir ki, qurum hazırda bu PUA-lardan xilasetmə və nəzarət işləri üçün istifadə edir.

Məlumata görə, PUA-lar ağlabatan qiymətə malikdir və yaxşı işləyirlər, lakin Çinli olmayan modellər ilə əvəzlənəcəklər.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Çin istehsalı olan dronların alınmasına və istifadəsinə qadağa qoyub. Dünyanın ən böyük dron istehsalçısı olan Çinin DJI şirkəti bu qadağaların əsas hədəfidir.

Esksperlər bildirir ki, Vaşinqtonun mövqeyini nəzərə alaraq, Tokio iqtisadi təhlükəsizlik qaydaları və sistemlərini gücləndirir. Yaponiya Sahil Mühafizəsinin hərəkəti bu səylərin tərkib hissəsinin olduğu güman edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır