Deutsche Bank: Kriptovalyutalar kağız pulları əvəz edəcək

  • 12 Dekabr 2019

Deutsche Bank analitiklərinin son araşdırmasına əsasən alternativ valyutalara tələb artmaqda davam edir. Bankirlərin fikrincə, 2030-cu ilə qədər kriptovalyutalar tamamilə kağız pulları əvəz edəcəkdir. “Imagine 2030” adlı hesabatda Deutsche Bankın baş strateqi Jim Reid maliyyə sisteminin son illərdə üzləşdiyi problemləri, xüsusən də kriptovalyutalar yarandıqdan sonra yaranan problemi təsvir edib. Onun sözlərinə görə, rəqəmsal ödəniş formalaraına və anonimliyə artan tələbat bir çox insanı yeni ödəniş metodlarından istifadə etməyə məcbur edə bilər. Kriptovalyutaların daha da populyarlaşması üçün üç əsas problem həll edilməlidir. Rəqəmsal valyutaların qanuniliyinə dair hökumətlərin və tənzimləyicilərin şübhələri, qiymət dəyişikliyi və qlobal bazarlara çıxış imkanlarının məhdud olması. Mobil tətbiqetmələr və plastik kartlar ilə sistemlərin yaradılması bu problemlərin həllinə böyük təkan verəcəkdir.

    Jim Reid həmçinin qeyd edib ki,  kriptovalyutalar nə qədər çox yayılsa, bir o qədər problem yaranacaq. Məsələn, rəqəmsal valyutalara əsaslanan yeni bir maliyyə sistemi meydana çıxacaq ki, bu da elektrik enerjisinin mövcudluğundan asılı olacaq və hakerlərin hücumlarına həssas olacaqdır.

725_ly9jb2ludgvszwdyyxbolmnvbs9zdg9yywdll3vwbg9hzhmvdmlldy9hmtdjzgm4n2ixmty0zwnmntm3ogqwn2e0ywm2ownjny5qcgc.jpg

kriptoinvest.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır