DİN metroda qatar yolunda gəzişən vətəndaşla bağlı məlumat yayıb

  • 12 Dekabr 2019

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasında qatar qolunda gəzişən vətəndaşla bağlı məlumat yayıb.

Chip.az APA-ya istinadən xəbər verir ki, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər qatar yoluna düşərək, orada gəzişərkən DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır