Mehriban Əliyeva İnstagram-da Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

  • 12 Dekabr 2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “instagram” səhifəsində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib.

Chip.az APA -ya istinadən xəbər verir ki, paylaşımda bildirilib: "Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər