Netflix 4 milyona yaxın abunəçisini itirə bilər

  • 12 Dekabr 2019

"Needham and Co." broker şirkəti Uoll-Stritdə serial və filmlərin video-axınının təchizatçısı olan "Netflix" şirkətinin reytinqini endirən sayca 4-cü şirkət olub.

Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, "Needham and Co." analitiklərinin proqnozlarına görə, axın təchizatçısı olan şirkət 2020-ci ildə yalnız ABŞ-da 4 mln. premium-abunəçisini itirə bilər. Buna səbəb kimi "Netflix"də "Apple TV Plus" və "Disney Plus" kimi digər video-axın təchizatçıları ilə müqayisədə daha yüksək abunə haqqının olmasıdır.

"Needham and Co." "Netflix" abunə haqqının azaldılmasını və reklam satışlarından daha çox qazanaraq o fərqi kompensasiya etməsini tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır