Feysbuk sosial şəbəkəsinin fəaliyyətində yenidən problemlər yaranıb.
Chip.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Downdetector” saytı məlumat yayıb.
Belə ki, ABŞ-ın şərq sahillərində, yerli vaxtla 14:53-də şəbəkəyə daxilolmada problemlər özünü göstərib.
Bununla yanaşı, Avropa ölkələri və Avstraliyadan olan istifadəçilər də Feysbukun fəaliyyətindən şikayətləniblər.