YouTube yeni qaydalar tətbiq edir: hansı videolar ləğv ediləcək?

  • 12 Dekabr 2019

“YouTube” seksual orientasiya, gender və irqi mənsubiyyəti təhqir edən, həmçinin zorakılığa işarə edən videoları ləğv edəcək.

“BBC Ukrayna” xəbər verir ki, bunu şirkətin istahsala nəzarət şöbəsinin rəisi Nil Morqan bildirib.

Onun sözlərinə görə, qərarın qəbulunda istifadəçinin davranışı da nəzərə alınacaq.

Daha əvvəl “YouTube” aşağıda sadalanan mövzularda videoları qadağa edib:

  • zahiri görünüşü ələ salan
  • şəxsi məlumatları yayan
  • fərdə qarşı zorakılığı təşviq edən

Şirkətdən bildirirlər ki, yeni siyasət həm adi istifadəçilərə, həm də populyar blogerlərə və siyasətçilərə şamil olunacaq. Qaydaları mütəmmadi pozan video müəlliflərinə qarşı əlavə cəzalar tətbiq olunacaq: kanalları bağlanacaq və yaxud reklamdan gələn gəlirləri alınacaq.

Şirkət stend-ap yumor ustaları və musiqili videolar üçün istisnalar tətbiq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər