Təyyarələri bir düymə ilə endirmək mümkün olacaq

  • 11 Dekabr 2019

ABŞ-ın “Garmin” naviqasiya sistemi təyyarəni bir düymə ilə endirməyə imkan verən yeni texnologiya yaradıb.

Bu barədə “The Sun” xəbər yayıb.

İstehsalçı bildirir ki, yeni “Autoland” sistemi ekstremal vəziyyətdə layneri, hətta sərnişini endirməyə şərait yaradır.

Konsepsiyaya əsasən, düymə basılandan sonra texnologiya avtomatik olaraq 200 dəniz mili radiusda aeroportu tapacaq və ona qədər məsafəni, həmçinin, yanacaq səviyyəsini, hava şəraitini və mümkün maneələri hesablayacaq.

Bundan başqa, sistem aeroportun yüklənməsini nəzərə alaraq ən optimal eniş zolağını da seçə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır