Son zamanlar gündəmdə olan Deepfake nədir? - VİDEO

  • 11 Dekabr 2019

Deepfake nədir?

Deepfake texnologiyası bir komputer proqramı ilə hazırlanan videolarda adi insanlar məşhur insanlar kimi göstərilə bilir. Qısaca bir insanı digəri ilə əvəz edən bu texnologiyada videonun saxta olduğunu ayırd etmək demək olar ki, mümkün deyil.

Deepfake videoları necə yaradılır?

Deepfake videolarının həvəskar şəkildə yaradılan versiyalarını youtubda tapmaq mümkündür. Bir insanın dodaq hərəkətləri və mimikalarını öyrənmək üçün əvvəlki videolarından yararlanırlar. Maşın öyrənməsi texnologiyası və süni zəka texnlogiyalarından istifadə edərək ortaya o insanın bir alqoritması qoyulur. Daha sonra həmin insanın üz hərəkətləri və mimikaları saxta videosunu yaratmaq istədiyimiz insanın üzünə köçürülür. Beləliklə bir insanın heç bir zaman etmədiyini görüntülər real görüntü kimi ortaya çıxır.

Məşhurlar hədəfdə!

Deepfake videoları özəlliklə məşhurları hədəf alır. Videoları hazırlanan insanlar arasında bir çox məşhuru qeyd etmək olar. Aşağıda paylaşdığımız youtube videosu deepfake videoları üçün qısa bir nümunədir.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır