Bu ilin III rübündə Azərbaycanda kompüterlərin 13%-i internetlə virusa yoluxma təhlükəsi ilə üzləşib

  • 11 Dekabr 2019

Bu ilin III rübünün nəticələrinə görə, Azərbaycanda kompüterlərin 12,73%-i internet vasitəsi ilə virusa yoluxma təhlükəsi ilə qarşılaşıb.

Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu göstərici cari ilin II rübünün nəticələri ilə müqayisədə 3,86 faiz bəndi azdır.

Qeyd edək ki, 23,26-14,97% nəticə göstərən ilk 10 ölkəyə Tunis, Əlcəzair, Albaniya, Reyunyon, Banqladeş, Venesuela, Şimali Makedoniya, Fransa və Qətər daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır