Rusiyada metro stansiyalarındakı ayaqyollarına təhlükəsizlik kamerasının yerləşdirilməsi reaksiyalara səbəb olub.
Chip.az moderator.az-a istinadən xəbər verir ki, kameraları görən vətəndaşlar baş verənlərlə bağlı narazılıq edərək kameraların bir an öncə yığışdırılmasını tələb edib.
Metro idarəsi kameraların insanların ehtiyaclarını ödədiyi anda çəkiliş etmədiyini, sadəcə qapıdan içəri girərkən və içəridən çıxarkən qeyddə olduğunu bildirib.