Netflix bu il 5,24 milyon dollar qazanıb!

  • 11 Dekabr 2019

Rəqəmsal yayım nəhənglərindən biri olan Netflix, 2019-cu il üçün üçüncü rübün maliyyə hesabatını paylaşıb. Sektorda Apple TV + və Disney kimi yeni və güclü rəqibləri olan Netflix-in paylaşdığı məlumatda gələcəkdə nələrin baş verəcəyinə aid fikirlərin olduğunu söyləmək olar. Netflix-in hesabatına görə, əməliyyatdan sonra şirkətin birjalarında ticarət artıb və rəqəmlər mənfəət analitiklərinin gözləntilərindən xeyli yüksəlib.

Netflix-in qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artıb və şirkətin gəliri 5,24 milyard dollar olub. Bu rəqəmlə Netflix, gözlənilən proqnozlara çatıb, çünki proqnozlaşdırılan qazanc 5,25 milyard dollar oldu. Analitiklərin hər səhm üçün 1.05 dollar dəyərində olduğunu hədəfləsələr də, gözləniləndən daha çox-səhm başına $ 1.47 dollara qalxıb. İnvestorlar Netflix-in satışdan təxminən 470 milyon dollar gəlir əldə edəcəyini gözləyirlər.

Bunu da qeyd etmək lazımdır ki, Wall street analistləri şirkətin 4-cü rübün sonuna kimi ABŞ-dan 1,4 milyon yeni istifadəçi olmaqla ümumiyyətlə 9,4 milyon yeni istifadəçi qazanacağının proqnozunu veriblər.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır