Bugatti Chiron modelinin qara versiyasını hazırlayıb - FOTO/VIDEO

  • 11 Dekabr 2019

Bugatti şirkəti Chiron hiperkarının Noire Limited adlı növbəti məhdud saylı versiyasını nümayiş etdirib. "Qara" hiperkar üç milyon avroya satılacaqdır.

Chip.az autograph.az-a istinadən bildirir ki, cari ilin mart ayında Bugatti şirkəti La Voiture Noire eksklyuziv hiperkarını nümayiş etdirmişdi. Yeni hiperkar Type 57 SC kupesinin müasir təsfiridir. Yeganə nüsxədə hazırlanmış hiperkar 11 milyon avroya marka pərəsişkarlarının biri tərəfindən alınıb. Hiperkar Bugatti şirkətinin potensial müştəriləri arasında təlatümə səbəb olub və marka rəhbərliyi yenidən qara rəng mövzusuna müraciət etməli olublar.  Bugatti Chiron Noire Limited Edition adlandırılmış model iki tərtibat variantında təklif edilir: Noire Elegance və Noire Sportive.

Image result for 2020 Bugatti Chiron Noire Special Edition

Noire Elegance versiyası parlaq lak ilə örtülmüş karbon lifindən hazırlanmış kuzov panellərinə məxsus olacaqdır. Radiator barmaqlığındakı emblem gümüşdən, kuzovun yan tərəfindəki hava girişlərinin haşiyəsi isə cilalanmış alüminiumla örtülüb.  Caractere adlandırılmış yeni təkər diskləri xüsusi olaraq məhdud saylı versiya üçün hazırlanıb. Avtomobilin təchiz edildiyi əyləc supportları da qara rəngə boyanıbdır. Məlum məsələdir ki, hiperkarın inteyeri də qara rəngdədir və çoxsaylı Noir yazılarına sahib olub.

Image result for 2020 Bugatti Chiron Noire Special Edition

Noire Sportive

Noire Sportive versiyasının kuzovu isə tutqun rəngli lakla örtülüb. Avtomobilin radiator barmaqlığının və yan hava girişlərinin alüminiumdan hazırlanmış haşiyələri də qara rəngə boyanıbdır. Salondakı emblemlər də Qara rəngdədirlər.

Hər iki variant 1500 at qüvvəsi hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə təchiz edilir. Bugatti Chiron Noire Limited Edition modeli 20 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Hiperkarların istehsalına 2020-ci ilin ikinci rübündə başlanacaqdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər