Subaru Forester modelini suyadavamlı oturacaqlarla təchiz edib - FOTO

  • 11 Dekabr 2019

Subaru şirkəti yolsuzluq üçün hazırladığı Forester modelini təqdim edib. Avtomobil texniki cəhətdən dəyişiklikyə məruz qalmasa da, yapon istehsalçısı "Meşəbəyini" suyadavamlı oturacaqlarla təchiz etmək qərarına gəlib.

Subaru Forester X-Edition modifikasiyası 185 at qüvvəli 2,5-litrlik mühərrik, variator və tam ötürmə ilə təchiz edilir. Zahiri cəhətdən yeni modifikasiyanı radiator barmaqlığının və duman əleyhinə fənərlərin tündləşdirilmiş haşiyəsi, həmçinin qara rəngli 18-düymlük təkər diskləri sayəsində tanımaq olar.

Chip.az autograph.az-a istinadən bildirir ki, avtomobilin salonunda da yenilik vardır. Yapon istehsalçısı "Meşəbəyinin" oturacaqlarını çirk və nəmdən qorxmayan xüsusi suqovucu material ilə üzləyib. Döşəməyə qoyulmuş rezin ayaqaltıları isə birbaşa su şırnağı ilə yümək mümkündür. Bundan başqa, baqaj bölümünün qapağına quraşdırılmış LED fənərin köməkliyi ilə həm baqaj bölümünü, həm də avtomobili əhatə edən məkanı işıqlandırmaq olar.

 

Subaru Forester X-Edition modelinin Yaponiyadakı satışlarına gələn ilin yanvarında başlanacaqdır. Modelin qiyməti 3 179 000 yendən (49 100 manat) başlayır.

  •  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır