Startapların uğurlu və uğursuz addımları hansılardır?

  • 10 Dekabr 2019

Başqa şirkət və ya sənaye sahələri ilə müqayisəyə əsaslanan strategiyada mahiyyət etibarilə yanlış heç bir şey yoxdur. Bu yanaşma sizə sövq-təbii olmayan fərziyyələri üzə çıxarmağa da kömək edə bilər. Məsələn, öz “B planına keçmək” (“Getting to Plan B”) kitabında sövq-təbii fərziyyə konsepsiyasını xırda detallarına qədər nəzərdən keçirən vençur kapitalçısı Rendi Komisar strategiyasını dəyişmək üçün “analoqlar” və “antiloqlar”-dan ibarət çərçivədən istifadə edir.

O, analoq-antiloq konsepsiyasını “iPod”-u misal çəkərək izah edir. “Əgər analoqlar axtarışındasınızsa, “Walkman”-a baxmaq lazımdır”,-deyir.

“Wallkman” Stiv Cobsun özünə verməyə heç vaxt ehtiyyac duymadığı bir suala cavab tapmışdı: insanlar ictimai yerlərdə qulaqcıqlardan istifadə etməklə musiqiyə qulaq asacaqlar? Bu gün bu bizə mənasız görünür, amma fundamental sualdır. “Sony” bu sualı verəndə cavabı bilmirdi. Cavab Stiv Cobsa məlum idi, çünki analoqu var idi.”

Analoq “Sony”-nin “Walkman”-ı idi. Sonra Stiv insanların musiqi yükləmək istəyində olsalar da, buna görə pul ödəmək istəmədikləri reallığı ilə üzləşməli oldu.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər