Mogrify adlı startap 16 milyon dollar investisiya qazanıb!

  • 10 Dekabr 2019

Kembric mərkəzli biotexnologiya startapı olan Mogrify, A Seriyalı investisiya turunda 16 milyon dollar sərmayə qazanıb. İvestisiya turunda “Ahren Innovation Capital, Parkwalk və 24 Haymarket’ iştirak etmişdir. Gerçəkləşən turdan sonra şirkətin ümumi sərmayəsinin 20 milyon dollara çatdığını bildiriblər.

Mogrify, yetkin bir hüceyrəni bir növdən digərinə çevirmək üçün tələb olunan spesifik enerjili dəyişiklikləri müəyyən etmək üçün müxtəlif genom məlumatlarını təhlil edir. Bunu müxtəlif terapevtik istifadə üçün böyük potensial istifadəsi olan bir kök hüceyrə vəziyyətinə qaytarmadan edir. Startap, indiyə kimi 15 sınaqda 15 fərqli hüceyrəni uğurla dəyişdirdiyini vurğulayıb. Qeyd etmək lazımdır ki, Mogrify bu əməliyyatları öz proqramları və tərəfdaşlıq proqramları ilə davam etdirir.

Tərəfdaşlıq müqavilələri təşəbbüsün üçüncü hissəsidir. Mogrify eyni zamanda hədəf hüceyrə müalicəsini inkişaf etdirmək və bazara çıxarmaq üçün başqaları ilə birlikdə çalışır.

Mogrify, aldığı sərmayə ilə sınaq testlərini sürətləndirəcəyini söyləyib.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər