2019-cu ildə qarşımıza çıxan ən maraqlı avtomobil dizaynları

  • 10 Dekabr 2019

2019-cu ildə qarşımıza çıxan ən maraqlı avtomobil konseptlərini Sizinlə paylaşırıq. Bəziləri xaricdən normal görünsə də daxili görünüşü avtomobili xatırlatmır. Bəziləri isə ümumiyyətlə avtomobilə bənzəmir.

Bu cür maraqlı dizayna sahib olan avtomobillər kütləvi istehsal üçün nəzərdə tutulmur.

ən maraqlı avtomobil dizaynları

Hyundai Elevate

Bu 4 ayaqlı və elektrikli avtomobil Hunday istehsalıdır. Bir növ yolsuzluq avtomobili hesab edilə bilər. Çünki adi avtomobillərin getməkdə çətinlik çəkdiyi yerlərə çata bilir. Görünüşü isə bir az qorxuludur.

Audi AI: Trail

Audinin bu avtomobili 5 dronla birlikdə istehsal edilir. Beləliklə yollarda əlavə görünüş imkanları əldə edir. Çətin yollar üçün istehsal edilən avtomobil avtonom sürüş özəlliyinə də sahibdir.

Lexus LF-30

Gələcəyin avtomobili konsepti ilə dizayn edilən bu avtomobilin də dronları var. Bu dronlar sizin yerinizə çantaları avtomobilə daşımaq kimi işləri də görə bilir. Avtomobildə bir çox dijital texnologiya və VR kimi özəlliklər var. Lexus LF-30 elektrikli avtomobillər sinfinə daxildir.

Hyundai Mobis

Gələcəyin avtomobil dizaynları olduqca maraqlıdır. Bu dizaynlardan biri də elektrikli avtomobil olan Hunday Mobisə aiddir. Bu avtomobil piyadalar və nəqliyyat vasitələriylə əlaqə yaratmaq üçün işıqdan istifadə edir. Artıq siqnal verməyə ehtiyac yoxdur.

Toyota Rhombus

Toyotanın bu elektrikli avtomobili 1990-cı ildən sonra doğulan insanların həyat tərzlərinə uyğun olaraq yaradılıb. Qəribə düzülüşə sahib olan oturacaqların yanında yemək masası da yer alıb.

Kia Habaniro

Bu nəqliyyatın daxili dizaynında qırmızı rəngdən çox istifadə edilib. Hazırda satışda olan Niro elektrikli avtomobillər modifikasiya olunmuş, yuxarı açılan qanadlara və köpəkbalığı quyruğuna sahibdir.

Kia Futuron

UFOlara bənzəyən bu elektrikli avtomobil nəhəng təkərləri və sürüşərək açılan qapılarıyla kosmosa uçuşa hazırmış kimi görünür. Avtomobilin daxili də fantastik filmlərdəki avtomobillərin daxilinə bənzəyir.

Toyota LQ

Toyota avtomobillə sürücü arasında əlaqə qura bilən LQ modelini tanıtmışdı. Süni zəkadan istifadə edən bu avtomobil getdikcə daha da individual vəziyyətə gəlir və sahibiylə sözün əsl mənasında əlaqə yarada bilir.

Suzuki Hanare

Suzukinin maraqlı dizayna malik avtomobillərdən biri. Avtonom sürüş özəlliyinə sahibdir.

Nissan Juke Personalization Adventure

Tank təkərlərinə bənzəyən təkərləriylə Nissan Juke da bu il qarşımıza çıxan maraqlı avtomobil dizaynlardan biridir. Yolsuzluq avtomobili də adlandırmaq olar.

Volkswagen ID Buggy

Məşhur Beach Buggy elektrikli və yaşıl şəkildə geri qayıdır. Qapısı və tavanı yoxdur. Bu avtomobil daha çox səyahət və tətil sevərlər üçün nəzərdə tutulub.

Volkswagen ID Space Vizzion

Klassik bir station vagon elektrikli avtomobilə bənzəyən bu nəqliyyat vasitəsinin qapısı yoxdur. Avtomobili maraqlı edən də elə budur.

Citroen Ami One

Bu balaca avtomobil dar küçələrdə rahat hərəkət edə bilmək üçün nəzərdə tutulub. Tək nəfərlik və elektrikli avtomobil tam enerji ilə 100 km yol gedə bilir.

Kia Imagine

Bu avtomobilin ön paneli tamamilə ağıllı sistemləşdirilib. Ön panel 21 ədəd ağıllı telefona sahibdir.

Tesla CyberTruck

Və təbii ki, qarşınızda 2019-cu ilin ən çox müzakirə edilən avtomobili Tesla CyberTruck.

Tesla şirkətinin ilk pikap modeli Tesla Cybertruck adlanır. Musk-ın əvvəlcədən də söz verdiyi kimi Cybertruck futuristik dizayna sahibdir və bu dizayn heç də hamı üçün deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır