1 milyon dollar qarşılığında qocalmağı gecikdirən startap!

  • 10 Dekabr 2019

Libella Gene Therapeutics adlı biotexnologiya təşəbbüsü, hal-hazırda inkişaf etdirdiyi genetik müalicənin qocalmağın yavaşladacağını iddia edir. 1 milyon dollar qarşılığında şirkət yaşlı müştərilərə, qoruyucu qapaqlar kimi xromosomlarımızın sonunda böyüyən, lakin getdikcə daralmaqda olan telomerlərini uzatdıqlarını vurğulayan bir eksperimental müalicə təklif edəcəkdir.

Libella-nın baş direktoru Jeff Mathis, etmək istədiyinin elmi fantastika kimi olmasına baxmayaraq bunun elmi gerçəklik olduğunu vurğulayıb.

Minnesota Universiteti biologiya mütəxəssisi Leigh Turner, Libella Gen Therapeutics-in ABŞ-da yerləşməsinə baxmayaraq, ABŞ-ın federal qanunlarından qaçmağın bir yolunu tapdıqlarını söyləyib. Bunun səbəbi, şirkətin işlərinin ABŞ-dan xaricdə, Bogota-ndan 40 kilometr şimalda yerləşən Zipaquira-da çünki bu mövzuda lazımi icazələr verilmir. Turner, biotexnologiya firmasının hər hansı bir böyük xəstəxanada yaşlanma ilə mübarizə aparmaq üçün bir sınaq etmədiyini söyləyib, bunun əvəzinə aşağı büdcəli bir klinikanı seçib ki, bu da xoşagəlməz hal olduğunu deyib.

Libella-nın müalicə üçün lazım olan virusları haradan aldığı bəlli deyil. Kaliforniyada yerləşən Virovek şirkəti Libellanın istehsalçısı kimi tanınır, lakin Virovek suallara cavab verməkdən imtina edir. Nəticədə, Libella elmi fantastik filmlərdə baş verə biləcək bir şey vəd edir amma bunun nə qədər real olduğu mübahisəlidir.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır