Azərbaycanda startaplara vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub

  • 10 Dekabr 2019

"Azərbaycanda dövlət tərəfindən startapların fəaliyyətini stimullaşdırmaq məqsədilə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub".

Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən 1-ci Gənc Sahibkarlar Forumunda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda meyarların təsdiq edilməsi gözlənilir: "Hesab edirik ki, bu mexanizm işə düşdükdən sonra sözügedən dəstək tədbirindən istifadə edənlərin sayı artacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər