BNA: EuroHome-da yanğınla əlaqədar avtobusların intervalında gecikmələr yaranıb

  • 10 Dekabr 2019

“Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb”.

Chip.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən xəbərə görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb: “Sərnişinlərdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər