Ürək sağlamlığı üçün ən faydalı məhsul müəyyən edildi- İSRAİL MEDİASI...

  • 10 Dekabr 2019

Amerika və İngiltərə alimləri əmindirlər ki, sağlam ürək üçün ən yaxşı məhsul müxtəlif xəstəliklərin riskini azaldan qaragilədir.

Chip.az moderator.az-a istinadla xəbər verir ki, müvafiq tədqiqatın nəticələri Amerikanın klinik qidalanma jurnalında dərc edilib.

Elm adamları 6 ay boyunca bir fincan qaragilənin gündəlik istehlakının damarların işini yaxşılaşdırdığını, metabolik sindromu olan böyüklərdə xolesterini azaltdığını müəyyən ediblər.

Tədqiqatda piylənməsi olan 50 yaşdan yuxarı 138 insan iştirak edib. Onların hamısında metabolik sindrom - yüksək təzyiq, yüksək triqliseridlər və qan şəkərini əhatə edən simptomlar qrupu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır