Milyonlarla istifadəçi WhatsApp işlədə bilməyəcək

  • 10 Dekabr 2019

"WhatsApp" mesajlaşma şəbəkəsi "Windows Phone" istifadəçiləri, "Android" və "iOS"un köhnə versiyaları üçün fəaliyyəti dayandıracaq.

Chip.az BAKU.WS-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

"Windows Phone"da mesajlaşma xidməti 31 dekabr 2019-cu ildən sonra dayanacaq. "Android 2.3.7" və "iOS 8"-dən daha köhnə əməliyyat sistemi ilə işləyən mobil telefonlarda isə 2020-ci il fevralın 1-də "WhatsApp"dan istifadə etmək mümkün olmayacaq.

Qəbul olunan qərardan sonra dünya üzrə milyonlarla istifadəçi oflayn olacaq.

Şirkət izah edib ki, bu məhdudiyyətlər tətbiq imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır