Samsung Galaxy Note 10 lite və ya digər adı ilə Samsung Galaxy A71

  • 09 Dekabr 2019

Samsung gələn ilin fevral ayında keçiriləcək Mobil Dünya Konqresinə hazırlaşır. Bu tədbir əsnasında Samsung bir çox model təqdim edəcək. Bunlar Galaxy S11, Galaxy S11 lite, Galaxy S11 Plus və yeni nəsil clamshell Galaxy Fold 2 olacağı güman edilir. Bu gün isə bu tədbirdə təqdim ediləcək başqa bir model müəyyən olunub. Galaxy Note 10 lite seriyası olaraq bilinən Samsung Galaxy A71 də MWC2020-də nümayiş olunacaq.

Evan Blass bu gün telefonun görüntüsünü sızdırıb, lakin telefon haqqında məlumat paylaşmayıb. Galaxy Note 10 seriyasından daha iddialı görünən yeni telefonun fərqli adlarla qlobal bazarlarda satışa çıxarılacağı gözlənilir. Ekran quruluşu və daha da incəltilmiş çərçivsəi ilə telefon çox iddialı görünür.

Mobil Dünya Konqresinin ulduzu bu il yenidən Samsung olacaq kimi görünür. Daxil olan məlumatlar göstərir ki, Huawei Mobil Dünya Konqresi çərçivəsində yeni nəsil qabaqcıl P40 seriyasını təqdim etməyəcək. LG-də də sükut var. OPPO bu sərgidə növbəti nəsil flaqmanı təqdim edəcəkmi bu da bəlli deyil, lakin iyun ayında təqdim etdiyi ekran altı kamera ilə yenidən texnologiyanın inkişaf etmiş versiyasını istifadəçilərə təqdim edə bilər. Buna baxmayaraq, Oppo-nun 100 Vt şarj dəstəyini də MSC2020-də təqdim etməsini gözləyirik.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır