ABŞ HDQ Virginia sualtı qayıqları üçün əlavə 23 milyon dollarlıq müqavilə imzalayıb

  • 09 Dekabr 2019

ABŞ Hərbi Dəniz Qüvvələri 9 “Virgina” sinfinə məxsus sualtı qayığın inşa edilməsi üçün “General Dynamics” ilə 22 milyard dollarlıq müqavilə imzalamasının ardından bunun üçün başqa bir müqavilə də imzalayıb.

Chip.az ordu.az-a istinadən xəbər verir ki, “Lockheed Martin” sualtı qayıq üçün avadanlıqlar hazırlamalıdır.

Qeyd olunur ki, Pentaqon bunun üçün şirkətlə 22 milyon dollarlıq müqavilə imzalayıb.

Məlumata görə, işlər gələn il sonuna qədər yekunlaşmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır