WhatsApp-da bir dövrün sonu çatdı

  • 09 Dekabr 2019

Dünyanın ən populyar ani mesajlaşma xidməti olan "WhatsApp"da bir dövrün sonu çatdı. "WhatsApp" böyük dəyişiklik edərək, çoxlarını narahat edən funksiyasını bağladı.

Gündəlik istifadəçisi yüz milyonları aşan xidmət kütləvi mesaj yollamaq funksiyasını aradan qaldırıb. Yəni bundan sonra istifadəçilər və ya şirkətlər kütləvi alda mesajlar yollaya bilməyəcəklər.

Şirkət bu addımı spam mesajların qarşısını almaq üçün atdığını elan edib.

Bu xidmətdən daha çox bir tıklama ilə yüzlərlə adama, istifadəçiyə eyni məzmunlu mətnləri göndərən şirkətlər yararlanırdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər