“Bakutel 2019” sərgisi çərçivəsində nümayiş olunan “SmartCell” həllinin tətbiqinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə “Azercell” şirkəti ilə arasında əməkdaşlıq memorandumu imzalanıb.
Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, memoranduma əsasən, “Elektron imza”dan istifadə etməklə mobil operatorla müştəri arasında bağlanılan elektron abunə müqaviləsinin tətbiqi, abunəçilərin üz təsviri üzrə eyniləşdirilməsi sahəsində əməkdaşlıq qurulacaq.
Memorandumu MHM-in direktoru Elnar Əsədov və “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev imzalayıblar.