Bu icad sükan arxasında siqaret çəkməyə, telefonla danışmağa imkan verməyəcək

  • 4 gün Əvvəl

Adətən sürücünün siqaret çəkməsi, telefonla danışması və ya mobil telefona gələn mesajları izləməsi bir çox avtomobil qəzasına səbəb olur.

Chip.az moderator.az-aistinadən xəbər verir ki, İsrail şirkəti Eyesight Technologies sürücüləri bu cür davranışdan çəkindirəcək bir monitorinq sistemi yaradıb.

Xəbərə görə, bu texnikanın əsası sükan arxasında olan zaman sürücünün başının vəziyyətini, insanın gözlərinin istiqamətini daim izləyən infraqırmızı sensorlar üzərində qurulub. Sistemin ilk versiyası əsasən sürücünün yuxuya getməməsini yoxlamaq üçün istifadə edilmişdir. İkinci, yeni xüsusiyyətlər sayəsində siqaret çəkəndə və ya yola deyil, cib telefonunun ekranına baxanda siqnal verəcəkdir.

Sistemi avtomobillərinə quraşdıran avtomobil istehsalçıları sürücünün davranışlarına bu və ya digər reaksiya verə biləcək sistemi proqramlaşdıra bilər.

Məsələn, yanacaq daşıyan bir yük maşınının sürücüsü bir siqaret yandırsa, dərhal nəqliyyat şirkətinə siqnal göndəriləcəkdir. Başqa bir variantda, sistem valideynlərə imkan verəcək ki, oğlunun və ya qızının avtomobili sürərkən telefonla uzun –uzadı söhbət etdikləri barədə onları xəbərdar etsin.

Eyesight Technologies iddia edir ki, onlar artıq ABŞ-ın əsas avtomobil istehsalçısı ilə bu texnologiyanın tədarükü üçün müqavilə bağlamışlar. Sövdələşmə 15 milyon dollar təşkil edir. Perspektivdə - sistemin digər avtomobil şirkətlərinə, park və avtomobil paylaşma xidmətlərinə və pilotsuz taksilərə çatdırılması nəzərdə tutulur.

Şirkətin maliyyə müvəffəqiyyəti Avropa Birliyinin yeni siyasəti ilə təmin edilə bilər, çünki Avropa hökümətləri 2022-ci ildən bu yana bütün avtomobilləri sürücülərin diqqətini yayındırmasına mane olan sistemlərlə təchiz etməyi təklif edir. Digər ölkələrdə də oxşar çağırışlar səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır