Birplatalı Lenovo Leez P710 kompüteri 6 nüvəli prosessor ilə təchiz edilib

  • 6 gün Əvvəl

"Lenovo" şirkəti "Əşyalar interneti" və "ağıllı" qurğular sahəsində layihələr həyata keçirməyə imkan verən birplatalı "Leez P710" kompüterini nümayiş etdirib.

Chip.az ictnews.az-a istinadən bildirir ki, qurğunun əsasını təşkil edən "Rockchip RK3399" prosessorunun tərkibinə altı hesablama nüvəsi daxildir: 2,0 QHs takt tezlikli iki "ARM Cortex-A72" və dörd "ARM Cortex-A53". Qrafikanın emalı "ARM Mali-T860 MP4" sürətləndiricisi tərəfindən həyata keçirilir.

"LPDDR4" operativ yaddaş tutumunun həcmi modifikasiyadan asılı olaraq 2 və ya 4 giqabayt təşkil edir. Həmçinin kompüter 16 giqabayt tutumlu "eMMC" fləş-modulu ilə təchiz edilib. Əlavə olaraq "microSD" yaddaş kartını quraşdırmaq mümkündür.

Bildirilir ki, platanın ölçüsü 85 × 85 mm təşkil edir. Təsvirin daxil edilməsi üçün "HDMI 2.0a" interfeysi nəzərdə tutulub. Bundan əlavə, kompüter iki "USB 2.0" portu, "USB 3.0 Type-А" və "USB 3.0 Type-C" çıxışı ilə təchiz olunub.

Kompüter şəbəkəsinə simli qoşulma "Gigabit Ethernet" adapteri sayəsində təmin edilir. Həmçinin "Wi-Fi 802.11b/g/n/ac" və "Bluetooth 5.0" simsiz rabitə kontrollerləri mövcuddur.

"Android" və "Debian" proqram platformaları ilə uyğunluq təşkil edən yeni qurğu modifikasiyadan asılı olaraq mobil şəbəkələrə qoşulmaq üçün "4G/LTE" modemi ilə təchiz ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır