Dünyanın ilk 64 nüvəli HEDT prosessoru

  • 6 gün Əvvəl

AMD, Zen arxitekturasına keçdikdən sonra rəqibi İntel-i geridə qoya bildi. Zen arxitekturası üzərində hazırlanan Ryzen prosessorlar istifadəçilərə daha münasib qiymətə yüksək performans verə bilirdi. Ryzen Threadripper seriyası isə çox nüvəli olub əsasən render və workstation deyilən ağır iş komputerlərində öz gücünü göstərmişdi. Bu səfər isə 3-cü nəsil dünyada ilk 64 nüvəli, 128 iş parçaçığına malik ( 64X2, yəni 64 nüvənin hər biri eyni anda 2 proses görə bilir ) HEDT seqmentində Ryzen Threadripper 3990X prosessorunu təqdim etdi.

HEDT- "High-End Desktop" adlanan ən üst səviyyə komputerlərdə istifadə olunan prosessorlara verilən addır.

Yeni nəsil Threadripper 3990X prosessorunun ən üstün cəhətlərindən biri L2 və L3 keş yaddaşlarının ümumi həcminin 288 Mb kimi nəhəng bir həcmə malik olmasıdır. Bu o deməkdir ki, proqramlar daha sürətli açılacaq, daha tez cavab verəcək və render kimi komputeri yoran ağır işlər daha tez tamamlanacaqdır. Prosessor həmçinin 280 W güc dəyərinə malikdir və TRX40 yuvalı platalardan istifadə edəcək. TRX40 platforması HEDT prosessorlar üçün ən yüksək səviyyə anaplata platformasıdır.

 

AMD təqdimat zamanı Lord Of Ring ( Üzüklərin Əfəndisi ) seriyasından bir sitat gətirərək "Hamsına hökm edəcək bir prosessor" şüarından istifadə etdi. Təqdimat zamanı sadəcə Threadripper 3990X təqdim edilməsinə baxmayaraq, 48 nüvəli bir seqment daha aşağı Threadripper 3980X prosessorunun da hazırlandığından bəhs edilir. Ryzen Threadripper 3990X-in əvvəlki nəsildən fərqi 4 ədəd 8 nüvəli çipset əvəzinə 8 ədəd 8 nüvəli çipsetlərdən istifadə etməsidir. Bu da daha yüksək performansı istifadəçilərə verə bilməsinin mümkünlüyüdür. Bu prosessor əvvəlki nəsil ilə eyni 12 nm istehsal arxitekturasında istehsal ediləcək. Təxminlərə görə, Ryzen Threadripper 3990X CES 2020 konfransı zamanı satışa çıxarılacaq.

3-cü nəsil bütün Ryzen prosessorlar:

Milli.Az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır