Pentaqon F-35 komponentlərinin hazırlanması üçün 328 milyon dollarlıq müqavilə imzalayıb

  • 29 Noyabr 2019

Noyabrın 26-da ABŞ Müdafiə Nazirliyi F-35 qırıcılarının komponentlərinin hazırlanması üçün “Lockheed Martin”lə müqavilə imzalayıb.

Chip.az ordu.az-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 327.95 milyon dollardır.

Məlumata görə, müqavilə 48 qırıcı üçün komponent hazırlanmasını əhatə edir və işlərin 2023-cü ilin iyun ayında başa çatması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır