Azərbaycanda poçtalyonların fəaliyyətinə nəzarət edəcək mobil əlavə istifadəyə veriləcək

  • 29 Noyabr 2019

Azərbaycanın poçt rabitə operatoru “Azərpoçt” MMC “Postman” adlı mobil əlavəsini təqdim edəcək.

Chip.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata istinadən xəbər verir ki, texnoloji həll 3-6 dekabr tarixlərində keçiriləcək “Bakutel-2019” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində “Azərpoçt”un stendində nümayiş olunacaq. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır