Samsung Galaxy Note 10 Lite nəhayət qarşımızda!

  • 29 Noyabr 2019

Siz Note seriyası həvəskarı və ya Galaxy Note seriyasına keçmək istəyirsiniz? Ancaq, Galaxy Note 10-un qiyməti cibiniə uyğun deyilsə, Note 10 Lite-ni gözləyə bilərsiniz.

İlk baxışdan iki telefonu bir-birindən ayırmaq çətindir, lakin diqqətlə nəzərdən keçirərkən Note 10 Lite modelindəki bəzi fərqləri görəcəksiniz. Birinci fərq üst hissədədir. Lite modelində Samsung’un güc düyməsini yuxarıya keçirildiyini görə bilərik. Güc düyməsi daha əvvəl bir çox telefonlarda üst tərəfdə sınanmış, lakin bu çətin əlçatan olduğu üçün son dövr bir çox telefonlarda kənara köçürülmüşdür.

İkinci fərq arxa hissədə kameraya müşayiət edən yardımçı sensorlardadır. Burada iki sensor qrup halında görünür. Lite modelinin aaşağı hissəsinə baxdığımızda isə dinamiklərin dəliklərinin artdığını görürük.

Lite modeli ilə Note 10 modeli arasındakı əsas fərqlər daxili hissəsindədir. Note 10 Lite modeli Exynos 9810 prosessoru ilə təchiz olunacaq. Bu prosessoru Galaxy S9/S9 Plus və Galaxy Note 9 modellərində artıq istifadə edilib.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır