MVP nədir? Startaplar üçün nə qədər əhəmiyyətlidir?

  • 29 Noyabr 2019

Minimal həyat qabiliyyətli məhsul (MVP) öyrənmə prosesinə mümkün qədər tez başlamaqda sahibkarlara kömək edir. Bununla belə, MVP ən kiçik bir məhsul təsəvvür etmək demək deyil. O, minimal səy göstəeməklə Qur-Ölç-Öyrən fidbək halqası üzrə hərəkət etməyin ən sürətli yoludur.

Uzun və diqqət tələb edən inkubasiya dövrü və məhsulu təkmilləşdirmək üçün çalışan ənənəvi məhsul inkişaf etdirilməsinin əksinə olaraq, minimal həyat qabiliyyətli məhsulun (MVP) məqsədi öyrənmə prosesini yekunlaşdırmaq yox, başlamaqdır. Prototip və ya konsepsiyanın sınaqdan keçirilməsindən fərqli olaraq, MVP təkcə məhsulun hazırlanmasına və ya texniki suallara cavab vermək üçün deyil. Onun məqsədi fundamental biznes hipotezlərini sınaqdan keçirməkdir.

MVP-lər olduqca sadə sınaqlarından (reklamdan bir az artıq) problem və çatışmazlıqlarla zəngin ilkin prototiplərə qədər müxtəliflik göstərir. İstənilən MVP-nin nə qədər mürəkkəb olmalı olduğuna qərar vermək üçün heç bir riyazi baza yoxdur. Sadəcə mühakimə yürütmək lazımdır. Əksər sahibkarlar və məhsul inkişaf etdirən şəxslər MVP-də zəruri olan xüsusiyyət sayını həddən artıq şişirdirlər. Şübhəli gəlirsə, sadələşdirmək lazımdır.

MVP-dən çıxarılan dərs budur ki, nə qədər vacib görünməsindən asılı olmayaraq, öyrənməyə başlamaq üçün lazım olandan əlavə olaraq görülmüş istənilən iş israfçılıqdır.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır