Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı

  • 29 Noyabr 2019

Əyləncə sahəsində proqnozları ilə tanınan “Gold Derby” saytının analitikləri “Oskar” almağa daha çox şansı olan filmlərin, həmçinin, rejissor və baş rol aktyorlarının adını açıqlayıb.

Bu barədə “RİA Novosti” xəbər verib.

Ekspertlərin fikrincə “İlin ən yaxşı filmi” nominasiyasında noyabrın 27-də “Netflix”də çıxacaq Martin Skorsezenin İrlandiyalı kriminal dramının şansı böyükdür.

Siyahıda ikinci yerdə Kventin Tarantinonun Bir dəfə… Hollivudda filmi, üçüncü yerdə isə Skarlet Yohanson və Adam Drayverin baş rollarını paylaşdıqları Toy hadisəsi” filmi gəlir.

Todd Fillipsin Cokeri siyahının 10-cu yerində qərarlaşıb.

“Ən yaxşı rejissor” nominasiyasında, analitiklər  Martin Skorsezenin qalib ola biləcəyini düşünürlər. Bundan qismən az şans Kventin Tarantino və bu il “Parazitlər” dramını təqdim edən Pon Çjun Xonundur .

“Ən yaxşı qadın rolu”nda Rene Zellveqer (“Cudi”), Skarlet Yohanson və Şarliz Teron (“Qalmaqal”) liderlik edirlər.

“Ən yaxşı kişi rolu” kateqoriyasında isə Xoakin Feniks, Adam Drayver və Robert de Nironun adı siyahının əvvəlindədir.

Qeyd edək ki, Amerika kinoakademiyası  24 kateqoriyadan ibarət namizədlərin adını 2020-ci il yanvarın 13-də elan edəcək. “Oskar” mükafatının təqdimetmə mərasimi isə fevralın 9-na planlaşdırılıb.

oxu.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır