Hər il müxtəlif ölkələrdə keçirilən “Techcrunch Disrupt” tədbiri bu il 11-12 dekabr tarixlərində Berlində baş tutacaq. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “SUP” Akseleratorunun təşkilatçılığı ilə “Disrupt Berlin 2019″da ilk dəfə Azərbaycan pavilyonu sərgilənəcək.
“Techcrunch Disrupt” dünyanın bir çox ölkələrindən startap ekosistemini bir araya gətirən beynəlxalq miqyaslı tədbirdir.
İştirak edəcək startapçıların Berlində 2 günlük qalma, “Disrupt Berlin 2019″a pulsuz bilet və tədbirdə öz startaplarını təqdim etmək üçün stend yeri “INNOLAND” İnkubasiya və Akselerasiya tərəfindən təmin olunacaq.
Tədbirdə iştirak etmək üçün qeydiyyat linki: http://www.sup.vc/techcrunch/
techland.az
chip.az