Bakıda bağçalara elektron qəbul gələn ilin əvvəlindən aparılacaq

  • 29 Noyabr 2019

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş tərkibli seminar-müşavirə bağçalara elektron qəbula keçidlə bağlı məlumat verilib.

Chip.az APA-ya istinadən xəbər verir ki, bu istiqamətdə işlər başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq.

Sonradan digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır