Colorifix startapının bakteriya texnologiyası

  • 28 Noyabr 2019

Britaniyanın “Colorifix” biotex-startapı parçaların bakteriyaların köməyi ilə boyanması texnologiyasını işləyib. Burada ağır metallar kimi təhlükəli kimyəvi vasitələrdən istifadə metodu istisnadır. Bundan başqa, istehsal zamanı adi boyanma qaydasından fərqli olaraq sudan istifadə 90%-ə qədər azalır.

Startap təbiətdən müəyyən bir rəngin genlərini toplayır, sonra bakteriya hüceyrəsinə əlavə edir. Parça, boya əmələ gətirəndən sonra yüksək temperaturun təsirindən yox olan bakteriyaların qarışıma salınır.

2019-cu ilin sonunda startap öz texnologiyasının istehsal sınağına başlamağı planlaşdırır. Bunun üçün H&M şirkəti, Forster Rohner və Arvind tekstil istehsalçıları ilə tərəfdaşlıq edəcək. Sınaqlar uğurla başa çatarsa “Colorifix” boya satışını 2020-ci il üçün nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər